Arda Güler bugünkü oyunu buraxacaq? - Baş məşqçi AÇIQLADI

Arda Güler bugünkü oyunu buraxacaq? - Baş məşqçi AÇIQLADI

Türkiyə millisinin və "Real"ın yarımmüdafiəçisi Arda Gülerin​ Portuqaliyaya qarşı bugünkü matçda oynayıb-oynamayacağı yaxın saatlarda məlum olacaq.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella mətbuata açıqlamasında bildirib. O, Ardanın yorğun olduğunu deyib: 

“Arda çox yorğundur. Buna görə də onun meydana çıxıb-yatırmayacağına son anda qərar verəcəyik. Ümid edirəm ki, oynayacaq. Təəssüf ki, fiziki cəhətdən oyuna 100 faiz deyil”.

Montella bildirib ki, Arda ilə məsləhətləşəcəklər, ya onunun əvvəlindən meydana çıxıb yarıya qədər oynayacaq, ya da matçın ortalarında meydana buraxılacaq.

Xatırladaq ki, 19 yaşlı Güler ​​ilk turda Gürcüstanla görüşdə (3:1) baxımlı qola imza atıb. 

Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu bu gün Dortmunddakı "Siqnal İduna Park" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

"Cebhe.info"