Pelenin anası öldü

Pelenin anası öldü

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arentes illərlə vegetativ vəziyyətdə qaldıqdan sonra dünən 101 yaşında vəfat edib.

"Cebhe.info" xəbər verir ki, Pelenin keçmiş klubu "Santos" belə bir bəyanat yayıb: 

"Əbədi kralımızın anası Selest Arantes do Nascimentonun vəfatından dərin təəssüf hissi keçiririk. Onun 101 illik ruhlandırıcı həyat hekayəsi var idi. Ailəsinin rifahı üçün həyatda sonsuz çətinliklərlə üzləşmiş qaradərili qadın..."

Arantes son beş ili vegetativ vəziyyətdə keçirib və 2022-ci ildə məşhur oğlunun ölümü ilə bağlı ona məlumat verilməyib.

Qeyd edək ki, Arantesin ölüm səbəbi açıqlanmayıb.

Ləman İsmayıl
"Cebhe.info"