ABŞ viza mərkəzlərini bağlayır

ABŞ viza mərkəzlərini bağlayır

ABŞ Rusiyanın Vaşinqton və Nyu-Yorkdakı viza mərkəzlərini bağlamaq qərarına gəlib.

"Cebhe.info" xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri konsulluq xidmətlərinin davam edəcəyini açıqlayıb.

Məlumata görə, Rusiyanın Vaşinqton və Nyu-Yorkdakı viza mərkəzləri bu gün ABŞ rəsmilərindən müvafiq bağlanma bildirişi alıb.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın sözügedən qərarla bağlı heç bir açıqlama vermədiyini və Rusiyanın konsulluq xidmətlərini davam etdirəcəyini bildirib:

"Amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər və indi Rusiya diplomatlarının və konsullarının çiyinlərinə əlavə bir yük düşür”.

Antonov bəyan edib ki, ABŞ bu qərarın səbəblərini açıqlamayıb və mümkün əks tədbirlər haqqında məlumat verməyib. 

Ləman İsmayıl
"Cebhe.info"