Həcc ziyarəti zamanı tunisli 49 zəvvar ölüb

Həcc ziyarəti zamanı tunisli 49 zəvvar ölüb

Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən 49 tunislinin ölümü Tunisdə kəskin tənqidlərə səbəb olub.

"Cebhe.info" xəbər verir ki, Tunis Rəyasət Heyətindən verilən açıqlamada Prezident Kays Səidin dini işlər naziri İbrahim Şabini vəzifəsindən azad etdiyi bildirilib.

Digər tərəfdən temperaturun 50 dərəcəni keçdiyi müqəddəs torpaqlarda Həcc ziyarəti zamanı 11 ölkədən ən azı 1081 zəvvar həyatını itirib.

Hər il on minlərlə insan rəsmi qeydiyyatdan keçmədən Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa gedir.

Qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli ərazilərə daxil ola bilmədiklərindən güclü istilərə məruz qalırlar.

Ləman İsmayıl
"Cebhe.info"