Türkiyədə işləyən səfir ÖLDÜ

Türkiyədə işləyən səfir ÖLDÜ

Hindistanın Ankaradakı səfiri Virander Paul vəfat edib.

Modern.az xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bu barədə X-dəki mikrobloqunda məlumat paylaşıb.

“Hindistan Xarici Xidməti üçün böyük itkidir. Onunla bir çox vəzifələrdə yaxından işləmişəm. Mən həmişə onun fədakarlığına və xidmətinə heyran olmuşam və onun çoxsaylı nailiyyətlərini yüksək qiymətləndirirəm”, – Hindistanın xarici işlər naziri yazıb.

Xəbərlərə görə, xərçəng xəstəliyindən müalicə olunan Paul ölkəsinə gətiriləndən sonra dünyasını dəyişib.

"Cebhe.info"