İordaniyada güclü partlayış baş verib

İordaniyada güclü partlayış baş verib

İordaniyanın paytaxtı Əmmanda yerləşən bir evdə güclü partlayış baş verib.

"Cebhe.info" xəbər verir ki, bununla bağlı İordaniya Təhlükəsizlik Baş İdarəsindən yazılı açıqlama verilib.

Partlayışın Əmmanın cənubundakı Marka bölgəsində bir evdə baş verdiyi və evdə partlayıcı maddələrin saxlandığı qeyd edilib.

Açıqlamada bölgədə sıx təhlükəsizlik tədbirlərinin görüldüyü vurğulanıb:

"İlkin araşdırmalar zaman bəlli olub ki, Marka bölgəsində bir evdə çoxlu miqdarda partlayıcı maddə olub". 

Vətəndaşlardan əraziyə yaxınlaşmamaları xahiş edilib və Kral Mühəndislik Korpusunun partlayıcı mütəxəssisləri və təhlükəsizlik qüvvələrinin məsələ ilə bağlı işlərini davam etdirdiyi və hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.

Qeyd edək ki, İordaniya ordusu 2023-cü ildə narkotik və ixtisaslı silah qaçaqmalçılığında artım olduğunu açıqlayıb.

Bununla yanaşı, İordaniya illərdir Suriya və İraqdan sızma cəhdləri və qaçaqmalçılıqla mübarizə aparır.

Ləman İsmayıl
"Cebhe.info"