Ağstafada toyda zəhərlənənlərin sayı 28-ə çatıb - YENİLƏNİB-3

Ağstafada toyda zəhərlənənlərin sayı 28-ə çatıb - YENİLƏNİB-3

Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 28 nəfərə çatıb.

***

23:06

Ağstafada toyda zəhərlənənlərin sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.

***

22:12

Ağstafada toy mərasimində zəhərləndiyi deyilən bəzi şəxslərin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənənlər:

2008-ci il təvəllüdlü N.Həsənov,

2010-cu il təvəllüdlü S.Quliyev,

1986-cı il təvəllüdlü K.Quliyeva,

1982-ci il təvəllüdlü S.Ələsgərova,

2007-ci il təvəllüdlü N.Həsənov,

1999-cu il təvəllüdlü İ.Hüseynov,

1995-ci il təvəllüdlü S.Məmmədlidir.

***

21:58

Ağstafa rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib. Onlara tibbi yardım göstərilir.

Onların rayon ərazisində keçirilən toy məclisində qidadan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"