AVRO-2024: İtaliya - Albaniya matçında erkən qol vurulub

AVRO-2024: İtaliya - Albaniya matçında erkən qol vurulub

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə erkən qol vurulub.

1-ci dəqiqədə fərqlənən Nedim Bayrami albanları hesabda önə çıxarıb.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.

23:02

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son oyunu start götürüb.

"Siqnal İduna Park"da başlayan görüşdə B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlir.

Qarşılaşmanı almaniyalı baş hakim Feliks Çvayer idarə edir.

Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya sçeməsinə 3:0 hesabı ilə qalib gəlib.

"Cebhe.info"