"Kəpəz"dən ayrılan futbolçu "Zirə" ilə anlaşıb

"Kəpəz"dən ayrılan futbolçu "Zirə" ilə anlaşıb

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Zirə” daha bir futbolçu ilə anlaşıb.

"Cebhe.info" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəpəz”dan ayrılan Junior Martins paytaxt təmsilçisi ilə 3 illik müqvailə bağlayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.

"Cebhe.info"