ABŞ-nin vitse-prezidenti sammiti tələsik tərk edib

ABŞ-nin vitse-prezidenti sammiti tələsik tərk edib

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Ukrayna ilə bağlı sammitdəki hərəkəti bu ölkəyə 1,5 milyard dollar yardımın elan edilməsini demək olar ki, kölgədə qoyub.

Çünki digər böyük ölkələrin yüksək səviyyəli rəsmiləri bazar günü Ukraynada müharibə ilə bağlı sülh təkliflərini hazırlamaq üçün sammitdə qalmağı planlaşdırdıqları halda, Harris onu tərk edib.

“Cebhe.info” bu barədə “The New York Post”-a istinadən yazır.

ABŞ Prezidenti Co Bayden özü isə G7 sammiti üçün qonşu İtaliyada olmasına baxmayaraq tədbirdə iştirak etmədiyinə görə tənqidlərlə üzləşib.

Ağ Evə görə, Harrisin şənbə gecəsi G-7 liderlərinin şam yeməyindən sonra sammiti tərk edəcəyi gözlənilirdi. Lakin jurnalistlərə görüşün artıq “məhsuldar” olduğunu deyib və oranı tərk edib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Cek Sullivan sammitdə iştirak etmək üçün onun yerinə İsveçrədə qalıb.

Xəzər
“Cebhe.info”