“Sabah”dan ayrılan futbolçu “Turan Tovuz”da

“Sabah”dan ayrılan futbolçu “Turan Tovuz”da

“Sabah”la yolları ayrılan Kristian da Silvanın yeni klubu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı futbolçu karyerasını yenə Azərbaycanda davam etdirəcək. Belə ki, yarımmüdafiəçi “Turan Tovuz“un formasını geyinəcək.

Tərəflər arasında danışıqlar müsbət nəticələnib və 35 yaşlı futbolçu ilə 1 illik müqaviləyə qol çəkilib.

Qeyd edək ki, da Silva 2022-ci ilin əvvəlindən “Sabah”ın formasını geyinirdi.

“Cebhe.info”