MEDİA və RİİB “Media ayı” təlimlərini davam etdirir - FOTOLAR

MEDİA və RİİB “Media ayı” təlimlərini davam etdirir - FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində həyata keçirilən “Media ayı”nın təlimləri davam etdirilir.

Növbəti təlimlər Şamaxı, Ağcabədi və Qəbələ rayonlarında dosent, fəlsəfə elmlər doktoru Sevda Axundova tərəfindən “Sosial mediada auditoriya yönümlü məzmun hazırlama və etik normalar”, Medianın İnkisafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı tərəfindən “Media savadlılığı” və fotojurnalist Vüqar İbadov tərəfindən “Fotojurnalistikanın mediada rolu və önəmi” mövzularında keçirilib.

Təlimlərin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirməkdir.

"Cebhe.info"