Kondisioner bizi niyə xəstələndirir? - Həkim danışdı

Kondisioner bizi niyə xəstələndirir? - Həkim danışdı

İsti yay günlərində hamı sərinləmək üçün müxtəlif yollar axtarır.

Sərinləməyin ən asan üsulu kondisioner hesab olunsa da, bu, sağlamlığımıza ziyan vurur. Məsələ ilə bağlı həkim-farmkoloq Aydın Əliyev "Cebhe.info"-ya açılamasında bildirib ki, insan bədəni yay mövsümündə oturduğu yerdə belə tərləyir:

"Hüceyrələr hərəkətdə olur. 

Belə bir məqamda kondisionerli məkanda olmaq, soyuq su içmək hərəkətdə olan hüceyrələri dondurur. Bu da mütləq xəstəliyə səbəb olur. Bir tərəfdən hüceyrənin daxilindəki enerji, digər tərəfdən hüceyrə qapanır. Bu isə ilthilablaşmış reaksiyaların ortaya çıxmasına səbəb olur. Kondisioner havası sıxılmış havadır. 

Buna görə də evdə, yaxud avtomobillərdə kondisioner istifadə edən zaman pəncərələri az da olsa, açıq qoymaq, yaxud kondisioneri fasiləli işlətmək lazımdır". 

Ləman İsmayıl 
"Cebhe.info"