Husilər ticarət gəmisinə hücum ediblər

Husilər ticarət gəmisinə hücum ediblər

Husilərin bu gün səhər Yunanıstanın  yük daşıyan gəmisinə hücum edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 

Hücum zamanı ekipajın yüngül xəsarət aldığı, gəmiyə ziyan dəydiyi bildirilib.

CENTCOM-un məlumatında aşağıdakı ifadələr yer alıb: 

 “İranın dəstəklədiyi Husilər Yunanıstana məxsus Liberiya bayraqlı yük daşıyıcısı M/V TRANSWORLD NAVIGATOR-a pilotsuz təyyarə ilə hücum edib.  Bu gün saat 04:00-da ekipaj  gəmiyə orta dərəcədə ziyan vurulduğunu bildirsə də, gəmi yoluna davam edib.  M/V TRANSWORLD NAVIGATOR sonuncu dəfə Malayziyada dayanaraq Misirə yola düşüb.  Bu, İranın dəstəklədiyi Husilərin M/V TRANSWORLD NAVIGATOR-a qarşı dördüncü hücumudur.  ABŞ və ya koalisiya gəmilərində xəsarət alan olmayıb."

Nigar Hacılı 
"Cebhe.info"