Daha bir daşqın xəbəri: Bu dəfə 10 ölü

Daha bir daşqın xəbəri: Bu dəfə 10 ölü

Mərkəzi Amerika ölkəsi Qvatemalada həftənin əvvəlindən başlayan  güclü yağışların səbəb olduğu daşqınlarda 10 nəfər həyatını itirib.

"Cebhe.info" xəbər verir ki, Qvatemala Milli Fəlakətlərin Azaldılması Koordinasiya Ofisindən verilən açıqlamada ölkənin cənubundakı Santa Rosa inzibati bölgəsində leysan yağışların sel və torpaq sürüşməsinə səbəb olduğu bildirilib.

Ölkədə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 nəfərin həyatını itirdiyi, ən azı 10800 nəfərin təxliyə edildiyi bildirilib.

Mülki müdafiə qrupları daha 26 min nəfəri təxliyə etməyə çalışır.

Yerli mətbuatın məlumatına görə, yolların bağlanması və küçələrin su altında qalması səbəbindən bəzi kəndlərə getməkdə “ciddi” çətinliklər yaranıb.

 Meteorologiyadan verilən məlumata görə, güclü yağışların bir müddət də davam edəcəyi gözlənilir.

Nigar Hacılı 
"Cebhe.info"