Azərbaycan-Ermənistan sərhədində PARTLAYIŞ

Azərbaycan-Ermənistan sərhədində PARTLAYIŞ

Bu gün Ermənistanda Kirants(Günən)-Açarkut avtomobil yolunda yol tikintisi işləri ilə əlaqədar iyunun 24-də saat 14:00 radələrində partlayış işləri aparılacaq. 

“Cebhe.info” xəbər verir ki, bu barədə Ermənistanın Yol Departamenti Fondu məlumat yayıb.

Qeyd edək ki, 4 kənd Azərbaycana qaytarıldıqdan və Kirantsın(Günən)  girişindəki körpünün Azərbaycanın nəzarətinə keçməsindən sonra ermənilər yeni çəkilən bu yoldan istifadə edəcəklər. 

Məlumatda deyilir:

“Yol tikintisi işləri ilə əlaqədar bu gün, iyunun 24-də saat 14:00 radələrində Kirants-Açarkut avtomobil yolunda partlayış işləri aparılacaq. İctimaiyyəti narahat olmamağa çağırırıq”.

Xəzər
“Cebhe.info”