Hücumun arxasındakı güc bəlli oldu

Hücumun arxasındakı güc bəlli oldu

“İyunun 23-də Dağıstan Respublikasındakı kilsələrə, sinaqoqlara və hüquq-mühafizə strukturlarına yəqin ki, “İslam Dövləti”nin (İŞİD) Şimali Qafqaz qolu olan “Vilayət-Qafqaz” hərtərəfli və koordinasiyalı hücuma keçib”. 

“Cebhe.info”-nun məlumatına görə, Müharibə Araşdırmaları İnstitutunun hesabatında belə deyilir. 

Qeyd edilir ki, hücumdan sonra “IS-K Al-Azaim Media”-nın Rusiya filialı bəyanat yayaraq, “Qafqazdan olan qardaşlarını” nəyə qadir olduqlarını nümayiş etdirdiklərinə görə tərifləyib. Müharibə Tədqiqatları İnstitutuun yazdığına görə, “Əl-Əzaim” hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. 

Lakin Qafqaza istinad bu hücuma görə “Vilayəti Qafqaz”ın məsuliyyət daşıdığını qəti şəkildə deməyə əsas verir. 

İnstitutun analitikləri Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror strukturu bildirib ki, “Vilayəti Qafqaz” martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”a hücumundan sonra fəallaşıb və aprel ayından etibarən Şimali Qafqazda insanların ələ alınması ilə bağlı çağırışları gücləndirib. 

Müşfiq Abdulla 
“Cebhe.info”