Borreldən sərt açıqlama: “Aİ qapılarını Gürcüstana bağlayacaq”

Borreldən sərt açıqlama: “Aİ qapılarını Gürcüstana bağlayacaq”

“Gürcüstan hakimiyyəti indiki siyasi kursunu davam etdirərsə, Avropa İttifaqı bu ölkəyə qapılarını bağlayacaq”.

Xarici media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

O qeyd edib ki, belə davam edəcəyi təqdirdə Gürcüstana göstərilən maliyyə dəstəyi də azaldılacaq.

Xatırladaq ki, Gürcüstan parlamenti cari ilin mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Qərar ölkədə etiraz aksiyalarına baxmayaraq, qəbul edilib. Mayın 18-də Prezident Salome Zurabişvili qanuna veto qoyub. Mayın 28-də isə parlament onun vetosunu ləğv edib.

"Cebhe.info"