Dağıstan rəhbəri terror hücumu olan kilsə və sinaqoqa baş çəkib

Dağıstan rəhbəri terror hücumu olan kilsə və sinaqoqa baş çəkib

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Dərbənd şəhərində olub.

Bu barədə TASS məlumat yayıb.

O, terror hücumuna məruz qalan kilsə və sinaqoqa baş çəkib. Vəziyyəti yerində araşdıran Məlikov əraziyə baxış keçirib, aidiyyatı şəxslərdən məlumat alıb.

Qeyd edək ki, dünən axşam saatlarında Dərbənddə kilsə və sinaqoqa terror hücumu həyata keçirilib. Ölən və yaralananlar var.

“Cebhe.info”