Kəndə silahlı hücum: 7 ölü, çoxlu yaralı

Kəndə silahlı hücum: 7 ölü, çoxlu yaralı

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

"Cebhe.info" xəbər verir ki, Katsina əyalət polisinin sözçüsü Abubakar Aliyu Sadiq bildirib ki, motosikletli silahlı şəxslər vilayətin Maidabino kəndinə gələrək ətraf ərazilərə atəş açıblar. 

Sadiq hücumda 7 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını qeyd edib. 

Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Sadiq hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib. Digər tərəfdən, yerli mətbuat hücumda onlarla insanın qaçırıldığını iddia edib. Xatırladaq ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP-ın hücumları ilə üzləşir. Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir. Silahlı şəxslər ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər. 

Nigar Hacılı 
Cebhe.info"