İran və Bəhreyn 8 ildən sonra barışır

İran və Bəhreyn 8 ildən sonra barışır

İran və Bəhreyn 8 ildən sonra diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq qərarına gəlib. 

"Cebhe.info" xəbər verir ki, İran xarici işlər nazirinin müavini Əli Baqiri və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zeyyani paytaxt Tehranda görüşüb. Görüşdən sonra yayılan birgə bəyanatda iki nazirin Tehran və Manama arasında 8 il əvvəl kəsilən diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəldiyi bildirilib. Xatırladaq ki, Bəhreynin xarici işlər naziri Zayyani Asiya Əməkdaşlıq Dialoqu Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Tehrana gəlib. 

Nigar Hacılı 
"Cebhe.info"