KTMT diplomatları Almatıya toplanır

KTMT diplomatları Almatıya toplanır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yüksək vəzifəli diplomatları iyunun 21-də Almatıda görüşəcəklər.

"Cebhe.info" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"21 iyun 2024-cü il tarixində Almatıda Qazaxıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Görüş zamanı müvafiq beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən Qazaxıstanın KTMT-ya sədrliyi dövründə prioritetlərinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılır" , - deyə məlumatda bildirilir.

İclasda təşkilatın fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün müxtəlif siyasi bəyannamələrin və bəzi sənədlərin imzalanması gözlənilir.

Nigar Hacılı 
"Cebhe.info"