İsmayıllı sakinini elektrik cərəyanı vuraraq öldürüb

İsmayıllı sakinini elektrik cərəyanı vuraraq öldürüb

İsmayıllı rayonunda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Göyçə Hacalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub.

Hadisə yerinə İsmayıllı rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"