Məşhur bəstəkar öldü

Məşhur bəstəkar öldü

Elvis Preslinin "Suspicious Minds" hit mahnısının "Qremmi" mükafatına layiq görülmüş bəstəkarı Mark Ceyms 83 yaşında vəfat edib.

"Cebhe.info" xəbər verir ki, dünyaca məşhur bəstəkarın ölümünü ailəsi xəbər verib.

Mark Ceyms iyunun 8-də Neşvildəki evində vəfat edib.

"Markın irsi və həyat şövqü onu sevənlərin qəlbində yaşayacaq və onun əbədi melodiyaları daha dinlənəcək", - mərhumun ailəsi belə deyib.

Naibə
"Cebhe.info"