Ququş haqqında yeni sənədli film təqdim olunub

Ququş haqqında yeni sənədli film təqdim olunub

Azərbaycan əsilli məşhur İran müğənnisi Faiqə Atəş (Ququş) haqqında çəkilən “Ququş, Atəşincan” adlı sənədli filmi Böyük Britaniyanın Şeffild şəhərində nümayiş etdirilib.

Bu barədə məlumatı “Radiofərda” yayıb.

Filmdə 1979-cu il fevral inqilabından sonra Ququşun məruz qaldığı mənəvi və fiziki təzyiqlərdən, ona qarşı tətbiq olunan məhdudiyyətlərdən bəhs edilib.

Filmin prodüseri Nilufər Tağızadə bildirib ki, əvvəllər Almaniyanın ”ZDF” studiyasında Faiqə Atəşinin həyatından bəhs edən “Cənnətdə üzüm bağında Nilin yuxusu” sənədli filmi çəkilib: “Ququş Atəşincan”ı çəkəndə onlarla əməkdaşlıq etmişik”.

N.Tağızadə deyib ki, filmin İran ictimaiyyətinə təqdim olunması üçün yollar axtarılacaq.

"Cebhe.info"