Paşinyan Azərbaycana yeni təklif verdi

Paşinyan Azərbaycana yeni təklif verdi

“Mən Azərbaycana təklif edirəm ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırsın”. 

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” Partiyasının təşəbbüs qrupunun keçirilən iclasında Qafanda

Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatlarını şərh edərkən deyib.

“Azərbaycan Müdafiə Nazirliyinin yaydığı mesajlar iki şeyi göstərə bilər: faktiki olaraq atəşkəs pozulur və ya eskalasiya və ya eskalasiya fonu yaratmağa çalışırlar. Bütün hallarda bu, bizim siyasi iradəmizə görə baş vermir və mən artıq demişəm ki, Müdafiə Nazirliyimiz bu vəziyyəti təkzib edir. Hesab edirəm ki, biz hər dəfə vəziyyətə aydınlıq gətirə biləcəyik, atəşkəs pozuntularının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı”.

Paşinyan qeyd edib ki, komissiyaya tərəflərdən hərbi prokurorlar və ya digər məmurlar cəlb oluna bilər:

“Mənim fikrimcə, bu, işlək mexanizm ola bilər”.

Məlumat üçün bildirək ki, son günlər Naxçıvan istiqamətində ordumuzun mövqeləri atəşə tutulub.

Xəzər
"Cebhe.info"