Həcc zamanı ölənlərin sayı 1300-ü ötüb

Həcc zamanı ölənlərin sayı 1300-ü ötüb

Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa gedən zəvvarlar arasında ölənlərin sayı 1301-ə yüksəlib. 

"Cebhe.info" xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, səhiyyə naziri Fəhd Əbdürrəhman əl-Cəlacel verdiyi açıqlamada bu il müqəddəs torpaqlarda həcc ziyarətinə gedən insanların sağlamlıq vəziyyəti ilə bağlı məlumat verib. Bu il bölgədə "son dərəcə isti hava"nın müşahidə edildiyini bildirən Cəlacel Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlarda olan bir çox insanın bundan təsirləndiyini bildirdi. Ölənlərin sayının 1301-ə yüksəldiyini və onların 83 faizinin həcc ziyarətinə icazəsi olmadığını izah edən Səudiyyə Ərəbistanının naziri, həcc zamanı səhhətləri mənfi təsirlənən bəzi şəxslərin müalicələrinin hələ də davam etdiyini bildirib. 

Cəlacel qeyd edib ki, mərhumların sağlamlıq vəziyyətləri “günəş işığında uzun məsafələr getməsi, yaşlarının çox olması və xroniki xəstəlikləri” səbəbiylə sağlamlıq vəziyyətinə mənfi təsir göstərir. 

Cəlacel müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gələn 1 milyon 300 mindən çox insana sağlamlıq xidməti göstərdiklərini ifadə edərək, dünyasını dəyişənlərə başsağlığı verib. 

Nigar Hacılı 
"Cebhe.info"