Paşinyan: “Azərbaycan deyir ki, sən məni 30 il yaşamağa qoymadın, mən də səni...”

Paşinyan: “Azərbaycan deyir ki, sən məni 30 il yaşamağa qoymadın, mən də səni...”

“Azərbaycan deyir ki, sən məni 30 il yaşamağa qoymadın, mən də səni yaşatmayacağam. Bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük problemdir”. 

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri, “Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin sədri Nikol Paşinyan dünən Hankavanda Dövlət Dumasının siyasi iclasında çıxışı zamanı deyib.

“Hələ də böyük ölkələr, beynəlxalq oyunçular var. Deyirlər ki, sən yaşayan xalqlardan deyilsən, əziyyət çəkən xalqsan, əziyyət çəkməlisən, mühacirət etməlisən, öldürülməlisən, döyüşməlisən və bütün bunlardan keçib gəlməlisən, məndən nicat diləməlisən. Mən gəlib səni xilas etməliyəm”.

 Paşinyan “Xalqın onlara mesajı odur ki, o, əbədi döyüşmək yox, sadəcə yaşamaq istəyir.

Bizim partiyanın ideologiyası məhz budur: həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşlarımızın yaşamaq, yaxşı yaşamaq istəyinə azadlıq vermək, bunu mümkün etmək. Çünki bizim cəmiyyətdə yaxşı yaşamağa azadlıq hüququ vermirlər”.

Xəzər
“Cebhe.info”