İsveçrə prezidenti Rusiyasız sülh prosesinin ağlasığmaz olduğunu bildirib

İsveçrə prezidenti Rusiyasız sülh prosesinin ağlasığmaz olduğunu bildirib

Bu gün Qlobal Sülh Sammitinin iclasının açılış çıxışını edən İsveçrə prezidenti Viola Amherd Rusiyasız sülh prosesinin ağlasığmaz olduğunu deyib.

APA “Unian“a istinadən xəbər verir ki, Amherd məsələnin uzunmüddətli həlli hər iki tərəfi əhatə etməlidir.

“Beynəlxalq birlik olaraq, biz bu yola rəhbərlik etməyə kömək edə bilərik İşçi qruplarımızda bunlar nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və müharibənin insan ölçüsünü müzakirə edəcək” - deyə Amherd bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbərinin müavini Sülh Sammitinin formatı Rusiya Federasiyası ilə birbaşa danışıqları nəzərdə tutmadığını açıqlamışdı.

"Cebhe.info"