Əyləncədə ölənlərin sayı 98-ə çatdı

Əyləncədə ölənlərin sayı 98-ə çatdı

Karib dənizində yerləşən Dominikan Respublikasında əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 98-ə yüksəlib. 

Əvvəlcə bu sayın 78 olduğu bildirilidi. 

“Cebheinfo.az” xəbər verir ki, hadisə zamanı təxminən 200 nəfər xəsarət alıb və xəstəxanalara yerləşdirilib. Dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. Səlahiyyətli qurumlar hadisə yerinin yaxınlığında müvəqqəti morq və qanvermə məntəqəsinin qurulduğunu bildiriblər. Həlak olanlar arasında keçmiş Amerika Beysbol Liqasının (MLB) oyunçusu Oktavio Dotelin də olduğu qeyd edilib. Hadisə baş verən zaman səhnədə tanınmış sənətçi Rubby Perez və onun orkestri çıxış edirmiş. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”