Mirzoyan sabah Fidanla görüşəcək

Mirzoyan sabah Fidanla görüşəcək

Ermənistan və Türkiyə Ani körpüsünün bərpasını müzakirə edirlər.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib.

O, Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşünün gözlənildiyini bildirib:

Serdar Kılıç Türkiyənin Ermənistandan Konstitusiyaya dəyişiklik tələbini edib-etmədiyi barədə sualı belə şərh edib:

"Nikol Paşinyan da Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib. Bu kontekstdə Ermənistan öz Konstitusiyasına lazımi dəyişiklikləri edəcək".

Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkədəki səhifəsində bildirb ki, nazirlərin görüşü sabah baş tutacaq.

"Cebheinfo.az"