Müharibədən yeməyə: 2023-cü ildə ən çox axtarılanlar - SİYAHI

Müharibədən yeməyə: 2023-cü ildə ən çox axtarılanlar - SİYAHI

"Google" 2023-cü ildə ən çox axtarılan sorğuları dərc edib.

"Cebhe.info" xəbər verir ki,  İsrail və Fələstin arasında Qəzza zolağında baş verən müharibə barədə axtarış siyahıda ilk yeri tutub. 

Bundan əlavə, "Titanik"-in qalıqlarına turistik səfəri planlayan "Titan"-da 5 nəfərin ölümü də ən çox axtarılan məlumatlar siyahısındadır.

Ən çox tələb olunan xəbərlərə Türkiyədəki zəlzələ, Şimali Amerikadakı qasırğalar daxil edilib.

Axtarış sistemində ən populyar idmançı amerikalı futbolçu Damar Hamlin, aktyor Ceremi Renner və müğənni Şakira olub. 

Film kateqoriyasına "Barbie" və "Oppenheimer" bioqrafik trilleri başçılıq edir.

Yoasobinin "İdol" mahnısı (Yaponiya) ən çox tələb olunan mahnı, bibimbap resepti (ənənəvi Koreya düyü yeməyi) ən çox axtarılan qida  olub.

Naibə 
"Cebhe.info "