Vladimir dayanmadı: Trampın çağırışına PUA ilə CAVAB

Vladimir dayanmadı: Trampın çağırışına PUA ilə CAVAB

Aprelin 25-nə keçən gecə Rusiya ordusu Dnepropetrovsk vilayətinə pilotsuz uçan aparatları ilə kütləvi hücuma keçib. 

Pavloqrad şəhərində dron çoxmərtəbəli yaşayış binasını vurub. Nəticədə 3 nəfər ölüb, daha səkkiz nəfər yaralanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib. Onun sözlərinə görə, ölənlər arasında 76 yaşlı qadın və bir uşaq da var. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. Rusiya qoşunları Nikopol və Marqanets şəhərlərini FPV pilotsuz uçan aparatları və “Qrad” çoxsaylı buraxılış raket sistemləri ilə vurub. "Zavod zədələnib. Heç kim xəsarət almayıb", - Lısak vəziyyətə aydınlıq gətirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, aprelin 24-ü axşam saatlarından etibarən Rusiya Kursk, Bryansk və Oreldən atılan 103 hücum dronları və digər növ pilotsuz təyyarələrin imitasiyaları ilə Ukraynaya hücum edib. Onlar 41 pilotsuz uçan aparatı vura biliblər, daha 40-ı isə hədəfinə çatmayıb. Hücum Xarkov, Sumı, Çerkassı, Donetsk və Dnepropetrovsk vilayətlərini əhatə edib. 

Bir gün əvvəl, aprelin 24-də rus qoşunları Kiyevi qanadlı və ballistik raketlərlə vurmuşdu. Raketlərdən biri Svyatoşinski rayonunda çoxmərtəbəli yaşayış binasına düşüb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 12 nəfər ölüb, 87 nəfər yaralanıb. Ukrayna paytaxtına hücum Okhmatdet xəstəxanasında uşaqlar da daxil olmaqla 34 nəfərin öldüyü 2024-cü ilin iyulundan bəri ən qanlı hücum olub.

ABŞ Prezidenti Donald Tramp Kiyevə hücuma görə Rusiyanı tənqid edib. "Bu, lazımsız və çox vaxtsızdır. Vladimir, dayan!” ,- Ağ Ev rəhbəri özünün “Truth Social” sosial şəbəkəsində yazıb və yenidən sülh razılaşmasına çağırıb. Daha sonra Ağ Evdə jurnalistlərə Putinin onu dinləyəcəyini bildirib.

Xəzər
“Cebheinfo.az”