Bağçada uşağın başını yaran müəllim barədə qərar verildi - VİDEO

Xəbər verdiyimiz kimi, Lənkərandakı "Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.
Görüntülərdən müəllimin uşağın başına vurduğu aydın olunur. Qeyd edilir ki, zərəbə nəticəsində uşağın başı yarılıb .
"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, hadisəni törədən müəllim işdən çıxarılıb.
Onunla bağlanan əmək müqaviləsinə xitam verildiyi bildirilir.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, "Kaspi Kids" uşaq bağçası "Kaspi" Təhsil Şirkətinin məktəbə hazırlıq bölməsidir və 2011-ci ildən fəaliyyətə göstərir. "Kaspi" Təhsil Şirkəti Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun ailə üzvlərinə məxsusdur.
"Cebheinfo.az"