Bakıda yol qəzası olub: İşıqfor yararsız vəziyyətə düşüb

Bakıda yol qəzası olub, işıqfor yararsız vəziyyətə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında baş verib.
Qəza zamanı yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb.
NİİM-in əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni işıqforun quraşdırılması işlərinə başlanılacaq.
"Cebheinfo.az"