Minaya düşən şəxsin son durumu: TƏBİB-dən açıqlama

Minaya düşən şəxsin son durumu: TƏBİB-dən açıqlama

Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində minaya düşən 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlunun son durumu məlum olub.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1 nəfərin (kişi cinsli) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Məlumatda qeyd edilib ki, sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat olunan 1983-cü il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilir.

"Cebheinfo.az"