Müəllimin güllələndiyi yerdən SON GÖRÜNTÜLƏR - VİDEO

Müəllimin güllələndiyi yerdən SON GÖRÜNTÜLƏR - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

 DİN-in Mətbuat xidmətindən  bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.

Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

“Cebheinfo.az”-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda valideynlər liseyin qarşısındadır. Onlar hadisə barədə xəbərləri aldıqdan sonra liseyə gedərək övladlarını götürürlər.

Hadisə yerindən görütüləri təqdim edirik.

Xəzər
“Cebheinfo.az”