Polis iki rayonda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis iki rayonda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis Nəsimi və Sabunçu rayonlarında narkotik vasitə aşkarladı.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxil olmuş məlumat əsasında Sabunçu və Yasamal rayonları ərazisində keçirilən əməliyyatlar nəticəsində C.Qafarlı, E.Ələkbərov və H. Abdulgəlimov saxlanılıb. Onların üzərindən 1 kiloqrama yaxın narkotik vasitə olan metamfetamin, marixuana və heroin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"