Tovuzda yaşlı qadın dəm qazından ölüb

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.
1954-cü il təvəllüdlü Rahilə Dəmirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info