Polşa klubu Azərbaycan millisinin hücumçusunun maaşını ikiqat artıracaq

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Polşadan ayrılmayacaq.
Oxu.Az "Apasport"a istinadən xəbər verir ki, idmançının hazırda çıxış etdiyi "Radomyak" klubu 25 yaşlı forvardla danışıqlara başlayıb və Dadaşovdan ilkin razılıq alınıb.
Halbuki Dadaşova Polşanın digər klubları da təklif göndərib. Lakin Renat minimum daha bir mövsümü "Radomyak"da keçirmək istəyir.
Azərbaycanlı hücumçu hazırkı komandasında qalarsa, illik gəliri daha da artacaq. Belə ki, onun maaşı indikindən 2 dəfə çox olacaq. Müqavilə şərtlərinin daha da yaxşılaşacağının təminatı verildiyi üçün Renat "Radomyak"ı tərk etmək istəmir.
Daha əvvəl "Eştoril", "Vulverhempton", "Pasuş de Ferreyra", "Qrasshopper", "Tondela", "Hatayspor", "Ankaragücü" klublarının formasını geyinmiş Renatın "Radomyak"la hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Renat Radomye şəhərinin klubunda 5 matçda iki qol vurub və bir assist edə bilib.
"Cebheinfo.az"