Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb

Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 milyard 690.7 milyon manat təşkil edib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.6% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6.1% artaraq 2 023 manata çatıb.

"Cebheinfo.az"