Azərbaycanda neft məhsullarının istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda neft məhsullarının istehsalı azalıb - CƏDVƏL

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 257,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, neft məhsullarından ağ neft istehsalı 6,8%, qazoylların (dizel yanacağının) istehsalı 7,8%, avtomobil benzini istehsalı 12,3% azalıb.

Qeyd olunur ki, hesabatda dövründə ölkədə neft bitumu istehsalı 21,4%, neft koksunun istehsalı 25,2%, sürtkü yağları istehsalı da 36,6% azalıb.

Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:


"Cebheinfo.az"