Azərbaycanın neft-qaz sektoruna sərmayələr azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 037,7 mln. manat həcmində vəsait yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, 2024-cü ilin müvafiq dörünün göstəricisi (1 351 mln. manat) ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 23,2% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 738,7 mln. manat həcmində vəsait yönəldilib. 2023-cü ilin göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,4% azalıb.
"Cebheinfo.az"