Azərbaycan və Latviyanın NATO-dakı nümayəndələri qarşılıqlı əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Latviyanın Alyansdakı səfiri və Latviyanın keçmiş xarici işlər naziri Maris Riekstiņslə görüşüb.
Cebhe.info xəbər verir ki, bu barədə C. Hüseynzadə “X”də yazıb.
Tərəflər NATO- Azərbaycan tərəfdaşlığını müzakirə ediblər.
Onlar, həmçinin Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi və regional məsələlər haqqında fikir mübadiləsi aparıb, NATO-nun fəaliyyəti ilə bağlı danışıblar.
Cebhe.info