Sağlamlıq haqqında tibbi arayış pulsuz ola bilər? - RƏSMİ AÇIQLAMA

Sağlamlıq haqqında tibbi arayış pulsuz ola bilər? - RƏSMİ AÇIQLAMA

Sağlamlıq haqqında tibbi arayışın tibbi xidmətlərin siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən Xidmətlər Zərfinə əlavə edilməsi təklif edilir.

Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, sağlamlıq haqqında tibbi arayış (digər tibbi arayışlar, işə girmədən əvvəl müayinə, təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə (18 yaşdan yuxarı), sığorta ilə bağlı müayinə (18 yaşdan yuxarı), inzibati məqsədlərlə digər müayinələr (18 yaşdan yuxarı), 1 ay ərzində təkrar müraciət zamanı (18 yaşdan yuxarı)) tibbi xidmətlərinin Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən Xidmətlər Zərfinə əlavə edilməsi təklif olunur.

Maraqlıdır, Azərbaycanda sağlamlıq haqqında tibbi arayış pulsuz ola bilər?

Məsələ ilə bağlı İcbari Tibbdi Sığortadan “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, 18 yaşdan yuxarı vətəndaşlar üçün sağlamlıq haqqında tibbi arayış ödənişlidir:

“Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanı ilə TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir.18 yaşdan yuxarı vətəndaşlar üçün sağlamlıq haqqında tibbi arayış ödənişlidir”.

Həsən Məmmədov
“Cebhe.info”