Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama

“Gürcüstan Dəmir Yolları” Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, tərəflər məsələ ilə bağlı danışıqları davam etdirir, dəqiq tarix isə daha sonra açıqlanacaq:
“Tərəflər sərnişin xidmətinin bərpası, o cümlədən hər iki ölkənin dəmir yolu administrasiyası və bu məsələdə iştirak edən müvafiq idarələri arasında danışıqların aparılması və texniki detalların dəqiqləşdirilməsi üzrə intensiv iş aparır. Dəqiq tarix daha sonra açıqlanacaq”.
"Cebheinfo.az"