Üç ayda orqan köçürülən xəstələrin sayı

Üç ayda orqan köçürülən xəstələrin sayı

Azərbaycanda ölümündən sonra orqan bağışlayanların sayında artım müşahidə olunur.

Modern.az-ın məlumatına görə, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, 2025-ci ilin əvvəlindən bu günə qədər 62 nəfər ölümündən sonra orqan bağışlamaq üçün müraciət edib.

Müraciət edənlərin yaşı 18-dən yuxarıdır.

Həmçinin 2025-ci ilin əvvəlindən bu günə qədər 46 orqan transplantasiyası əməliyyatı icra edilib. Onlardan 17-si böyrək,13-ü qaraciyər, 4-ü sümük iliyi, 12-si isə buynuz qişa əməliyyatlarıdır.

"Cebheinfo.az"