Anbar tikən 9 nəfər ölüb

Anbar tikən 9 nəfər ölüb

Çinin şimalındakı Şandun əyalətində soyuducu anbarın tikintisində baş verən yanğında 9 işçi həyatını itirib.

"Cebheinfo.az"-nun Çinin xəbər agentliyi "Sinxua"nın verdiyi məlumata görə, həftə sonu Ronqqinq şəhərində yerli "Lanrun" şirkətinə məxsus anbarın tikintisində izolyasiya materiallarının tutuşması nəticəsində yanğın baş verib.

Yanğında 9 işçi həyatını itirib, hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Qeyd edək ki, Çində infrastrukturun köhnəlməsi və ya qeyri-adekvat əməyin mühafizəsi tədbirləri səbəbindən obyektlərdə vaxtaşırı insan tələfatına səbəb olan qəzalar baş verir.

Nigar Hacılı 
"Cebheinfo.az"