Gürcüstanın Baş prokuroru istefa verib
![Gürcüstanın Baş prokuroru istefa verib](/uploads/images/2024/05/720x400/17164482961998916651664eec28db739.jpeg)
Gürcüstanın Baş prokuroru İrakli Şotadze istefa verib.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Baş prokuror rəsmi sosial şəbəkə səhifəsində yazıb.
O bildirib ki, həkimlərin tövsiyələrini nəzərə alaraq bunu edir: "Hazırda Gürcüstanın Baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Səhhətimdə yaranan problemlərə görə öz səlahiyyətlərimi həyata keçirməyə davam edə bilmərəm”.
Qeyd edək ki, İ.Şotadze 18 fevral 2020-ci ildə bu vəzifəyə seçilmişdi.
"Cebhe.info"