Həbsxanada İŞİD qiyamı - FOTOLAR

Həbsxanada İŞİD qiyamı - FOTOLAR

Altı müttəhim Rostov-Donudakı istintaq təcridxanasında öz kamerasındakı pəncərə barmaqlıqlarını yıxaraq növbətçi məntəqəyə daxil olublar.

“Cebhe.info” “Baza” “Telegram” kanalına istinadən xəbər verir ki, məhbuslar işçiləri girov götürüblər.

Əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Aleksandr B. və 1 saylı istintaq təcridxanasının növbətçi xidmətinin kiçik inspektoru girovluqdadır.

Daha sonra Rostov istintaq təcridxanasını tutan 5 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlar M.Ş.Saipudinov (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci hissəsinin a.g. bəndi), A.M.Tsitskiev (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsi), D.V. Kamneev (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 288.2-ci maddəsi), Gireev T.M (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi), Akiyev Ş.A (205.5-ci maddəsinin 2-ci hissəsi) ilə ittiham olunub. Altıncı şəxsin kimliyi hələ müəyyən edilməyib.

Məlumata görə, Gireev, Tsitskiev və Akiyev 2023-cü ilin dekabrında İŞİD-də iştiraka və terror aktı hazırlamağa görə (onlar Qaraçay-Çərkəz Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırırdılar) məhkum ediliblər. Gireev və Akiyev 18 il, Tsitskiev isə 18 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.

İlkin məlumata görə, istintaq təcridxanasında girov götürən cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

Onlarla danışıqlar aparılır. Hadisə yerinə çevik qüvvət polisi gəlib.

Xəzər
“Cebhe.info”